Azərbaycan ən çox İrana məhsul göndərib

Azərbaycan ən çox İrana məhsul göndərib
  28 Avqust 2020    Oxunub:4027
Cari ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İrana ixracın dəyəri 20,7 milyon dollar, BƏƏ-yə 6,3 milyon dollar, Qətərə isə 1,1 milyon dollar olub.

İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə isə artım müşahidə edilib.

Azvision.az


Teqlər: İran   Məhsul   Statistika  





Xəbər lenti