“Keşlə” Avroliqada mübarizəni dayandırdı
Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Penaltilərdə daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib, "Keşlə" isə turnirdə mübarizəni dayandırıb.
Azvision.az
Teqlər: Keşlə