3363 nəfər müəllim olmaq üçün imtahan verir

3363 nəfər müəllim olmaq üçün imtahan verir
  28 Avqust 2020    Oxunub:2554
Avqustun 28-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulur.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Azvision.az



Teqlər: Müəllim   İmtahan  





Xəbər lenti