Gizli nişan mərasimlərinin qarşısı alındı, 11 nəfər tutuldu
Qeyd etmək lazımdır ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Bundan başqa RPŞ əməkdaşlarının sayıq xidməti nəticəsində 1 toy, 2 nişan, 1 ad günü və 1 yas mərasimi başlamadan qarşısı alınmış, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq xidmət göstərmək istəyən 18 iaşə obyekti aşkarlanaraq fəaliyyyəti dayandırılıb.
Azvision.az
Teqlər: DİN