BƏƏ-də Qadınlar Günü qeyd edilir

BƏƏ-də Qadınlar Günü qeyd edilir
  28 Avqust 2020    Oxunub:4042
Bu gün Birləşmiş Ərəb Əmirliklərində “BƏƏ Qadınlar Günü”nü qeyd edilir.
Azvision.az - a BƏƏ-nin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, bu gün ölkə qadınlarının töhfələri, dövlətin inkişaf və tərəqqisində oynadıqları rola görə təşəkkür olaraq təsis edilib.

BƏƏ qadınlarının şərəfinə, Ümum Qadınlar Birliyinin prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri, Ana və Uşaqlar üzrə Ali Şuranın sədri Şeyxa Fatima bint Mubarak hər ilin 28 avqust tarixinin "BƏƏ Qadınlar Günü" kimi qeyd edilməsi təşəbbüsünü irəli sürüb. Həmçinin, bu gün 1975-ci ildə Ümum Qadınlar Birliyinin yaranması günüdür. Şeyxa Fatima bint Mubarak bu gün üçün “Qadınlar Millətin Dayağıdır” şüarı ilə çıxış edib.

Bu günün qeyd edilməsi ilə xanım Mubarək Birləşmiş Ərəb Əmirliklərinin qadınlara böyük əhəmiyyət verdiyini, qarşılarına qoyulan və verilən tapşırıqları xüsusi bacarıq və fərqlənmə ilə yerinə yetirmələrini, milli xidmətdə - istər Silahlı Qüvvələr, polis sıralarında, istərsə də, milli təhlükəsizlik sahəsində var qüvvələri ilə iştiraklarını və göstərdikləri səyləri təqdir edir.

Mərhum Şeyx Zayed Bin Sultan Al Nahyan BƏƏ dövlətində qadın hüquqlarının ilk dəstəkləyicisi idi və onları inkişaf etdirmək, bütün sahələrdə qadınların tam iştirak etmələri üçün fürsət verməyə çalışırdı. Bu gün onun yolunu davam etdirən Şeyx Xəlifə bin Zayed Al Nahyanın müdrik rəhbərliyi vitse-prezident , Baş nazir və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum və Abu Dabi vəliəhdi Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nahyan və BƏƏ-nin bütün əmirləri ölkə qadınlarının bugünkü səviyyəyə çatması üçün çox səy göstəriblər.

BƏƏ-də qadınlar kişilərlə eyni konstitusiya hüquqlarından istifadə edirlər və BƏƏ gender bərabərliyi mövzusunda qlobal səviyyədə irəliləyir, bundan əlavə gender balansı sahəsində dünyanın ən yaxşı 25 ölkəsindən biri olmaq BƏƏ –nin 2021-ci il üçün hədəflərindən biridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BƏƏ  






Xəbər lenti