Nar becərənlərə dərmanlar hədiyyə edilib
Bəlli oldu ki, narçıların əksəriyyəti məsləhət xidmətlərinə böyük ehtiyac duyurlar. Belə ki, onlar nar bitkisinə tacdan və yan tərəfdən qurdların daxil olması kimi problemlərlə, eləcə də narın yarpağına və özünə düşən ləkələrlə bağlı təkbaşına mübarizə apara bilmirlər və onlara verilən dərmanlar çox vaxt təsirsiz olur. Eyni zamanda, onlar bu il yaşanan kəskin quraqlığın nar bağlarının vaxtında suvarılmamasına və nəticədə mövsüm vaxtı məhsuldarlığın aşağı düşməsinə səbəb olacağına görə narahat olduqlarını da diqqətə çatdırdılar.
Fermerlər həmçinin növbəti mövsüm üçün nar bağlarına mütərəqqi aqro-texniki qulluq mövzusunda təlimlərdə iştirak etməkdə maraqlı olduqlarını dilə də gətirdilər. Dərman preparatlarının paylanıldığı 5 rayonda hər bir fermer ayrı-ayrılıqda bu preparatların onlara pulsuz şəkildə təqdim edilməsinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasına və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlıqlarını bildirdilər və su ilə bağlı problemlərə baxmayaraq, dərmanların tətbiqi nəticəsində bu mövsümdə daha keyfiyyətli məhsul əldə edəcəklərinə və bazarda daha sərfəli qiymətə satılacağına ümidvar olduqlarını söylədilər.
Teqlər: