Avtomobillərin könüllü sığortası artıb

Avtomobillərin könüllü sığortası artıb
  28 Avqust 2020    Oxunub:3907
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 49 715,7 min manat sığorta haqqı yığılıb.
Mərkəzi Bankından (AMB) Azvision.az -a verilən məlumata görə, bu müddətdə eyni sığorta növü üzrə 29 065,9 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 15%, ödənişlər 22% azalıb.

Hesabat əsasən, bu ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 22 977,6 min manat sığorta haqqı yığılıb, 7 172,8 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 19%, ödənişlərdə isə 6% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 467 482,7 min manat (illik 11%-lik artım), ödənişləri 223 196 min manat (illik 44%-lik artım) təşkil edib.

Azvision.az



Teqlər: Avtomobil   Sığorta  





Xəbər lenti