Enerji obyektlərində təmir işləri yerinə yetirilir
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, bu dövrdə elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Müəssisə üzrə istehlak 126,7 milyon kilovat-saata yaxın olmuş, ödəniş artmışdır. Daimi əhali istehlakçı qrupu üzrə istehlak təxminən 43,5 milyon kilovat-saat təşkil edib.
Bundan əlavə “Ucar” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsinin balansında olan elektrik avadanlığı və hava elektrik verilişi xətlərində də təmir-bərpa işləri aparılır.
Rayon ərazisindəki 234 transformator məntəqəsi və10 kilovoltluq (kV) elektrik verilişi xətlərinin (EVX) 57,7 kilometrə yaxın hissəsi və 0,4 kV-lik EVX-nin 22,1 kilometr hissəsi əsaslı və cari təmir olunub. Yeni abonentlərə 245-dən artıq elektrik sayğacı quraşdırılıb, 330-a yaxın sayğac yenisi ilə əvəz edilib. İl ərzində rayon mərkəzində və kəndlərdə müxtəlif gücə malik transformatorlar əsaslı və cari təmir olunub və paylayıcı şəbəkələrdə özünü büruzə verən texniki qüsurlar aradan qaldırılıb.
“Ucar” EŞ-də görülən işlər həm enerji verilişinin dayanıqlığına və keyfiyyətinə, həm də istehlak edilmiş enerji haqqının ödənilməsinə müsbət təsir göstərib.
Analoji işlər “Şəmkir” EŞ və “Göygöl” EŞ müəssisələrində də davam etdirilib.