Metallurq`un baş məşqçisi: `Neftçi` çox güclü komandadır

Metallurq`un baş məşqçisi: `Neftçi` çox güclü komandadır
  25 Yanvar 2014    Oxunub:1068
Ukraynanın “Metallurq” (Zaporojye) klubunun baş məşqçisi Oleq Taran “Neftçi” Peşəkar Futbol Klubu ilə keçirilən yoxlama oyunundan sonra fikirlərini bildirib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Oleq Taran deyib ki, “Neftçi” çox xoşuma gəldi. Rəqib çox güclü komandadır. Hiss olunur ki, əbəs yerə son üç ilin çempionu deyillər. “Neftçi” kompakt futbol oynayır. Komandanın oyunçularından xüsusilə Flavinyo, Araz Abdullayev, Bruno Bertuççi və Karlos Kardosonu fərqləndirərdim. Oyunda həm onlar, həm də biz qələbə qazana bilərdik. Bu bizim hazırlıq dönəmində ikinci oyunumuz idi. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.


Teqlər:





Xəbər lenti