Dünənki imtahanın nəticələri açıqlandı

Dünənki imtahanın nəticələri açıqlandı
  29 Avqust 2020    Oxunub:3712
Dövlət İmtahan Mərkəzi tərəfindən 27 avqust 2020-ci il tarixində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin birinci Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər üçün “Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirilib.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 19:15-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Abituriyentlər "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə edib nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmiş şəxslər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1526 abituriyentdən 156 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1370 abituriyentdən 507 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Qeyd edək ki, abituriyentlərin düzgün cavablarının sayı 15 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti