Yaxın vaxtlarda təhsillə bağlı yekun qərar veriləcək

   Yaxın vaxtlarda təhsillə bağlı yekun qərar veriləcək
  29 Avqust 2020    Oxunub:4079
Tədris müəssisələrin açılması yoluxmaların sayının artımı baxımından problem yarada bilər.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, qorunma tədbirlərinə əməl edilməklə bunun qarşısını ala bilərik: “Təhsil müəssisələrində tədrisin təşkili, məktəbli və tələbələrin tədris prosesində iştirakının bütün detalları müzakirə edilir. Məsələn, aşağı sinif şagirdləri məktəbə gedirsə, rejimin tənzimlənməsi müzakirə edilir. Yaxın vaxtlarda tədrislə bağlı tam qərar veriləcək. Siniflərdə şagirdlərin sayı, dərs vaxtlarının toqquşmaması, şahmatvari olması, təhsil müəssisələrində şagird, tələbə sıxlığının maksimum azaldılması, tədris müəssisələrində bufetlərin, kitabxanaların fəaliyyəti müzakirə mövzusudur. Yaxın zamanda bununla bağlı qərar açıqlanacaq”.

A.Qurbanov bildirib ki, məqsəd yoluxma sayının artımının qarşısını almaqdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Tədris  





Xəbər lenti