Tədris prosesi əvvəlki qaydada olmayacaq
“Ola bilsin ki, orta məktəb şagirdləri onlayn dərslərini davam etdirəcək. Aşağı siniflər qaydalara əməl edilməklə ənənəvi tədrisə davam etsin. Tədrisin təşkili barədə xüsusi qərar hazırda yoxdur, amma bu yaxınlarda veriləcək. Ali təhsil müəssisələrində müzahirələr onlayn olacaq. Praktik məşğələlər zamanı fərdi yanaşma olacaq. Praktik məşğələnin tələbələrə onlayn öyrədilməsi mümkün olmasa, o zaman tələbələr universitetə cəlb olunacaq. Elə hesab etməyək ki, dərslər sentyabrın 15-dən adi qaydada başlayacaq. Burada ehtiyatlı yanaşma olacaq”.
Aytən Zəhra
Azvision.az