İnternat məktəblərində dərslərə start verilir

İnternat məktəblərində dərslərə start verilir
  29 Avqust 2020    Oxunub:3476
2020/2021-ci tədris ilində xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində dərslərə sentyabrın 15-də start veriləcək.
Azvision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında öz əksini tapıb.

Azvision.az


Teqlər: Məktəb   Tədris  





Xəbər lenti