700 bal toplayan Əziz hüquqşünas olmaq istəyir
Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu olan Ə.Kərimli imtahanda maksimum nəticə göstərəcəyinə əmin olduğunu söyləyib.
O, bir çoxları kimi pandemiya dövründə tədris zamanı çətinliklərlə üzləşdiyini qeyd edib: “Məktəblərin bağlanmasından sonra ilk dövrlərdə distant və onlayn tədris zamanı çətinlik yaranmışdı. Ənənəvi formada, canlı ünsiyyətlə tədrisin davam etməsi bir çoxları üçün əlverişli idi. Lakin bir neçə dərsdən sonra bu formada davam etmək əlverişli oldu. Çünki vaxt itirmirdik. Müəllimlərimiz bizimlə onlayn formada təmasda olurdu. Bu formada davam etmək problem deyildi”.
Ə.Kərimli sənədlərini ADA-nın Hüquqşunaslıq fakültəsinə verəcəyini deyib.
Aytən Zəhra
Azvision.az
Teqlər: İmtahan