Milli Karate Federasiyası hakimlərin növbəti seminarını keçirdi

Milli Karate Federasiyası hakimlərin növbəti seminarını keçirdi
  26 Yanvar 2014    Oxunub:1549
Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını keçirdi.
Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını təşkil edib.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, seminarın əsas məqsədi kimi martın 9-da böyüklər arasında XXll Azərbaycan çempionatına hakimlərin hazırlığı məsələləri qoyulub. Seminarda paytaxt və regionlardan 50-dək müxtəlif dərəcəli hakimlər iştirak ediblər.

Tədbirin əvvəlində federasiyanın prezidenti Yaşar Bəşirov, birinci vitse-prezidenti İlham Qasımzadə və vitse-prezidenti Yusif Məmmədov son yeniliklər barədə məlumat verərək qarşıda duran hədəflərdən danışmışlar. Regionlarda təbliğat və kütləviliyin artırılması istiqamətində işlərin gücləndirilməsi tapşırığı verilib.

Həmçinin hakimlərə illik planlarının federasiyaya təqdim etmələri tapşırılmış, növbəti respublika çempionatının köhnə qaydalarla keçiriləcəyi bildirilib.


Teqlər:





Xəbər lenti