Şagirdlərimiz beynəlxalq olimpiadada 2 medal qazandı

Şagirdlərimiz beynəlxalq olimpiadada 2 medal qazandı
  31 Avqust 2020    Oxunub:4340
Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlərimiz uğur qazanıblar.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aşağı və yuxarı yaş qrupu üzrə 14 ölkədən 73 şagirdin qatıldığı müsabiqədə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Mustafa Bayramlı və Bakı şəhəri 309 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüblər.

Qeyd edək ki, sözügedən elm yarışı 29-30 avqust 2020-ci il tarixlərində təşkil edilib. Olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərimiz bu olimpiadaya ilk dəfə qatılıblar. Onların hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında, həmçinin Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib. Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib.

Azvision.az



Teqlər: Coğrafiya   Olimpiada  





Xəbər lenti