“Azərkosmos”un ixrac gəlirləri artıb
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.
Təkcə iyulda isə səhmdar cəmiyyəti 19 ölkəyə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkələrin sayı 2 vahid yaxud 9,5%, ixracdan gəlir isə 400 min ABŞ dolları və yaxud 5,8% azalıb.
Yanvar-iyul aylarında xidmətin ixrac edildiyi əsas ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Malayziya və BƏƏ-dir.
Azvision.az
Teqlər: Azərkosmos