Deputatdan manat açıqlaması: “Növbəti aylarda...”
Onun sözlərinə görə, Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir:
"Hazırda avro dollar məzənnəsi 1.20 psixoloji həddinə yaxınlaşıb. Dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb. FES sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FES simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir".
Deputat bildirib ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir. O əlavə edib ki, tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq.
Azvision.az
Teqlər: Deputat Vüqar-Bayramov Dollar Avro