332 yeni iş yeri yaradılıb

332 yeni iş yeri yaradılıb
  26 Yanvar 2014    Oxunub:1324
Ötən il Qax rayonunda 332 yeni iş yeri yaradılıb.
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 2013-cü ildə Qax rayonunda 328-i daimi olmaqla 332 yeni iş yeri yaradılıb.
AzVision.az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, daimi iş yerlərinin 28-i yeni yaradılan müəssisələrin, 36-sı mövcud müəssisə və təşkilatların, 264-ü isə fiziki şəxslərin payına düşür.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində 2004-2013-cü illərdə Qax rayonunda 6121 yeni iş yeri yaradılıb ki, bunun da 4182-si daimidir.


Teqlər:





Xəbər lenti