32 obyekt cərimə edildi, 16 obyektin fəaliyyəti dayandırılıb

32 obyekt cərimə edildi, 16 obyektin fəaliyyəti dayandırılıb
  26 Yanvar 2014    Oxunub:1322
Gəncədə sanitar normalara cavab verməyən 32 obyekt cərimə edildi.
Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşlarının son bir neçə ayda ictimai iaşə, yeyinti sənayesi və ərzaq ticarəti obyektlərində apardıqları yoxlamalar nəticəsində sanitar normaların çoxlu sayda pozulması halı aşkar edilib.

AzVision.az xəbər verir ki, mərkəzdən AzərTAc-a bildiriblər ki, yoxlamalar zamanı sanitariya qanunvericiliyinin pozulmasına görə 32 obyekt sahibi cərimələnmiş, 16 obyektin fəaliyyəti dayandırılıb. Toyuq dönəri satılan obyektlər isə tamamilə bağlanıb.


Teqlər:  





Xəbər lenti