Şumaxerdən pis xəbər
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər M.Şumaxerin vəziyyətinin son 3 həftə ərzində yaxşılaşmadığını və bundan sonra yaxşılaşma şansının az olduğunu deyiblər.
Açıqlamada qeyd olunur ki, bu saatdan sonra idmançının yaxşılaşma şansı az ehtimal olunur: "Nəzəri cəhətdən bu mümkündür, lakin bu vaxta qədər belə bir hala rast gəlinməyib.
Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".
Teqlər: