Gömrük Komitəsində sahibkarlarla görüş keçirildi
Qeyd olunub ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsini təkmilləşdirəcək, kölgə iqtisadiyyatı ilə mübarizəyə və qaçaqmalçılığın qarşısının alınmasına xidmət edəcək, eləcə də büdcə daxilolmalarında da mühüm rol oynayacaq.
Görüşün sonunda iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçilərini maraqlandıran bütün suallar cavablandırılıb, sözügedən qərarla bağlı geniş müzakirələr aparılıb.
Azvision.az
Teqlər: DGK Sahibkarlar