Naxçıvanda orta aylıq əməkhaqqı 524 manat oldu

Naxçıvanda orta aylıq əməkhaqqı 524 manat oldu
  02 Sentyabr 2020    Oxunub:3034
2020-ci ilin yanvar-iyun aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 524,8 manat təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat   Əməkhaqqı  





Xəbər lenti