Mənzilin satışı zamanı hansı halda vergi tutulur?

Mənzilin satışı zamanı hansı halda vergi tutulur?
  03 Sentyabr 2020    Oxunub:3510
Dörd il yaşayış yeri üzrə qeydiyyatda olunan ev satışa çıxarıldığı halda vergi tutulurmu?
Azvision.az -ın məlumatına görə, Dövlət Vergi Xidmətindən suala cavab olaraq bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxslərin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır.

Bu baxımdan, 4 təqvim ili müddətində yaşayış yeri üzrə qeydiyyatda olunan mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur.

Nəzərə çatdırılıb ki, 2020-ci il yanvarın 1-dən yaşayış sahəsini satan şəxsin vergidən azad edilməsi üçün azı 5 təqvim ili ərzində həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatın olması tələb edilirdi.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti