Azərbaycan neftinin qiyməti ucuzlaşdı

  03 Sentyabr 2020    Oxunub : 1182
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 44,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar azalaraq 41,41 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 1 dollar azalaraq 44,92 dollar olub.

Azvision.az

Teqlər: Neft   Birja