Quldurluq edən keçmiş məhkum saxlanıldı

Quldurluq edən keçmiş məhkum saxlanıldı
  03 Sentyabr 2020    Oxunub:3796
Bakıda quldurluq edən şəxs müəyyən edilərək tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də paytaxt sakini Ö.Orucovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Quldurluq  





Xəbər lenti