Dünya Bankı Azərbaycanda aparılan islahatları dəstəkləyir
Qısa və orta müddətli dövr üçün ölkəmizin inkişaf prioritetlərinə dair fikirlərini bölüşən Mikayıl Cabbarov iqtisadi islahatlar və struktur dəyişiklikləri, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda aparılan islahatların bank tərəfindən dəstəkləndiyini, bir sıra sahələrdə təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Dünya Bankı ilə əməkdaşlığın inkişaf istiqamətləri və islahatlara dəstək barədə müzakirələr aparılıb.
Azvision.az
Teqlər: Dünya-Bankı Nazir İslahat