Bakı Limanı iki ölkə ilə məlumat mübadiləsi aparacaq

Bakı Limanı iki ölkə ilə məlumat mübadiləsi aparacaq
  04 Sentyabr 2020    Oxunub:2697
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Liman əməliyyatları departamentinin müdiri Eugene Seah 1000-dən artıq mütəxəssisi bir araya gətirən “Dünya Dənizçilik Həftəsi 2020” onlayn tədbirində iştirak edib.
QSC-dən Azvision.az -a bildirilib ki, E.Seah COVID-19 pandemiyası zamanı limanın rəqəmsallaşdırılması və davamlılığı məsələlərinə həsr olunmuş onlayn panelə qatılıb və iştirakçılara pandemiya dövründə əməliyyat prosesinin daha səmərəli tətbiqi üçün atılan addımlar barədə məlumat verib. Bakı Limanının hazırda veb əsaslı Liman İdarəetmə Sisteminin (Port Community System) inkişafının son mərhələsində olduğu qeyd edilib. Sistem liman işçiləri, gömrük, sərhəd əməkdaşları və logistik şirkətlərə məlumat mübadiləsini operativ şəkildə aparmağa imkan verəcək.

İnkişafın ikinci mərhələsində Bakı Limanının Xəzər regionundakı əsas ticarət tərəfdaşları - Türkmənbaşı, Aktau və Kurik limanları Liman İdarəetmə Sistemlərini birgə əməliyyat sisteminə inteqrasiya edəcək və müvafiq məlumatların onlayn mübadiləsini təmin edəcəklər. Bu layihə Bakı Limanı və ATƏT tərəfindən birgə icra olunur.

Azvision.az


Teqlər: Bakı-Limanı  





Xəbər lenti