UNEC: Hər zaman təhsil deyək

UNEC: Hər zaman təhsil deyək
  04 Sentyabr 2020    Oxunub:2679
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.
Universitetdən Azvision.az -a bildirilib ki, yeni tədris ilində UNEC tələbələrini müasir standartlara cavab verən möhtəşəm kampusunda qarşılayacaq.

Modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Müasir tələblərə cavab verən auditoriyalar, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, 24/7 fəaliyyət göstərən 2 mərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları tələbə və müəllimlərin istifadəsinə veriləcək.

UNEC ailəsi ilə tezliklə bir araya gəlmək ümidi və sevinci ilə estafeti Bakı Dövlət Universitetinə ötürürük.

Ali təhsillə bağlı ən son yeniliklərlə maraqlanan, kreativ təkliflərlə çıxış etmək istəyən hər kəs ali təhsil (https://www.facebook.com/groups/ali.tehsil/) “Facebook” qrupuna üzv olmağa dəvət edilir.

Azvision.az


Teqlər: UNEC  





Xəbər lenti