Dövlət Agentliyi ötən ay 325 müraciətə baxıb

Dövlət Agentliyi ötən ay 325 müraciətə baxıb
  04 Sentyabr 2020    Oxunub:2825
Bu ilin avqust ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələr üzrə istehlakçı hüquqlarının qorunması ilə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa və nazirlik vasitəsilə ümumilikdə 325 müraciət daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müraciətlərin 260-ı elektrik enerjisi, 55-i təbii qaz təchizatı, 2-si istilik təchizatı, 8-i isə digər məzmunlu məsələlərlə bağlı olub.

Müraciətlərin 4-ü Energetika Nazirliyi ilə müştərək icra edilib, 21 məlumat xarakterli müraciətdən 9-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub. 178 müraciət hazırda icra olunmaqdadır, 126 müraciəti isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi araşdıraraq cavablandırıb. 3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib.

Azvision.az


Teqlər: Avqust   Enerhetika   Müraciət  





Xəbər lenti