119 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

119 obyektdə sanitariya-gigiyena tələbləri pozulub
  04 Sentyabr 2020    Oxunub:3983
İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, sentyabrın 3-də keçirilmiş monitorinqlər zamanı Qaradağ rayonunda “Laçın kafesi”ndə, Hökumə Mahmudovaya, Fərhad Gülmalıyevə, Nərminə İsayevaya məxsus ərzaq mağazalarında, Nizami rayonunda “Sərxan market”də, “Ruslan 93 ərzaq” mağazasında, “Kala qadın geyimləri” mağazasında, “Xarı bülbül restoranı”nda, “Seva studio” gözəllik salonunda, Xətai rayonunda “Bolluq market”də, “Göyçə market”də, “Miri market”də, “Boranı restoranı”nda, “Fədək dönərxana”da, Xəzər rayonunda “Qaradok market”də, “Ruzi market”də, “Mərdəkan market”də, “Şaurma-kafe”də, Binəqədi rayonunda “Kafe Akdeniz”də, “Restoran Adana”da, “Kafe Dominos Pizza”da, “Kafe Orxan”da, “Express market”də, Nərimanov rayonunda “Oven şirniyyat” mağazasında, “Ağdəniz kafe”də, “Bəyaz Kafe”də, Suraxanı rayonunda “Market Günəşli”də, Yaşar Cəlilova məxsus istehsal sexində, Seymur İmanova məxsus çayxanada, Sahilə Vəliyevaya məxsus geyim mağazasında, Sabunçu rayonunda Teymur İbayevə, Vüqar Məmmədova, Samir Əhmədova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Derimond geyim mağazası”nda, “Vitrin geyim mağaza”da, “Malışok mağaza”da, “Alqo geyim mağazası”nda, “Happy moons” restoranında, “Tavada restoran”da, Nəsimi rayonunda “Pakdad restoran”da, “Dəfnə” iaşə obyektində, “Şəki kafesi”ndə, Yasamal rayonunda “Böyük Fırat kafe”də, “Padişah kafe”də, “Şahdağ market”də, Sumqayıt şəhərində “Ucuz market ərzaq mağazası”nda, “Dəfnə Lahmacun”da, Abşeron rayonunda “Ucuzluq geyim mağazası”nda, Polad Əsgərova məxsus şirniyyat mağazasında, ümumilikdə, nəzarət tədbirləri keçirilmiş 119 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Yoxlama   Obyekt  





Xəbər lenti