Təhsil Nazirliyindən
Azvision.az -a bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilərlər. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir. Məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. Qruplar ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Xatırladaq ki, elektron sorğu yerləşdirmə prosesi avqustun 18-də başlayıb. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə sentyabrın 14-də yekunlaşır.
Azvision.az