Azərbaycan neftinin son qiyməti

  05 Sentyabr 2020    Oxunub : 2953
Azərbaycan neftinin son qiyməti
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,41 dollar geriləyərək 42,66 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,60 dollar ucuzlaşaraq 39,77 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar ucuzlaşaraq 43,08 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft