Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçməyənlərin nəzərinə
Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə başlanılıb. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunur.
Qruplar ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Azvision.az