Naxçıvanda operativ vergi nəzarəti tədbirləri davam etdirilir

Naxçıvanda operativ vergi nəzarəti tədbirləri davam etdirilir
  07 Sentyabr 2020    Oxunub:3924
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər avqust ayında da davam etdirilib, 28 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.
Azvision.az xəbər verir ki, bu barədə Xidmətin mətbuat xidmətindən bildirilib.

Belə ki, ötən ay operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidən yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.

Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 7 işəgötürəndə aparılmış araşdırmalar zamanı 18 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti