İnternetin əsas dili: Türk dili ilk 5-liyə düşdü

İnternetin əsas dili:    Türk dili ilk 5-liyə düşdü
  07 Sentyabr 2020    Oxunub:3276
"Web Technology Surveys" internet resursu 2011-ci ildən başlayaraq internet məzmunlarında ən çox hansı dildən istifadə olunmasının hesabatını dərc edir. Son 1 il ərzində ilk 5-likdə ciddi dəyişiklik baş verib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bir il bundan əvvəl ən çox istifadə olunan 5 dil: ingilis, rus, alman, ispan və fansız dili idisə, hazırda bu 5 lik belədir: ingilis (59%), rus (8.7%), ispan (4.0%), türk (3.3%) və fars (2.8%).

Deputat qeyd edib ki, Türk dilində məzmunların həcminin son 1 ildə 3 dəfə artması texnologiyalardan geniş istifadə etməsinin nəticəsi olmaqla yanaşı, türkdilli ölkələrin də innovativ inkişafına dəstək verəcəkdir.

Azvision.az


Teqlər: Deputat   Texnologiya  





Xəbər lenti