Əyani tədris zamanı siniflər qruplara bölünəcək

Əyani tədris zamanı siniflər qruplara bölünəcək
  08 Sentyabr 2020    Oxunub:4160
Ümumtəhsil məktəblərində sinif otağında sosial məsafənin (1,5 metr) gözlənilməsi məqsədilə zərurət yarandığı halda əyani formada tədris zamanı siniflər qruplara bölünəcək.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, dərslər növbəti cədvəl əsasında, yaxud həftəaşırı olmaqla təşkil ediləcək.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti