Yığmamız Millətlər Liqasında ikinci görüşünə çıxır

Yığmamız Millətlər Liqasında ikinci görüşünə çıxır
  08 Sentyabr 2020    Oxunub:4796
Futbol üzrə Azərbaycan yığma komandası sentyabrın 8-də UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Kipr seçməsi ilə qarşılaşacaq.
Azvision.az xəbər verir ki, Nikosiyadakı “GSP” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oyunu slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) məğlub olub.

Azvision.az


Teqlər: Futbol   Yığma  





Xəbər lenti