Azərbaycanda ilk: Videozənglə “BirKart” və nağd pul krediti əldə edin
Daha sonra bank tərəfindən xüsusi hazırlanmış rəqəmsal platforma üzərindən əlaqə saxlanılaraq nağd pul krediti və ya “BirKart” rəsmiləşməsi prosesi icra olunaraq sənədlər imzalanır. Son mərhələdə müəyyən olunan kredit məbləği karta mədaxil olunur. “BirKart” almaq istəyənlər üçün isə “BirBank” mobil tətbiqində kart aktivləşdirilir və müştəri həmin kartı internet, NFC, QR-kod və digər ödənişlərdə istifadə edə bilər.
Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300–20000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. “BirKart”ın isə 4 növü var – taksit, taksit/cashback, taksit/miles və “Umico”. Ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az