Bəzi universitetlərdə plan yerləri artıb

Bəzi universitetlərdə plan yerləri artıb
  08 Sentyabr 2020    Oxunub:3393
Bu il bəzi universitetlərdə plan yerləri kəskin artıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetində plan yeri keçən il 785 idisə, bu il yerlərinin sayı 971-dir.

“Burada yeni ixtisaslar da var. Dövlət Gömrük Akademiyasında plan yerləri 40 faiz, Xəzər Universitetində 18 faiz, Bakı Biznes Universitetində 28 faiz artıb. Müəyyən ali məktəblərdə isə plan yerləri azalıb. Məsələn, Dövlət Dəniz Akademiyasında plan yerləri 33 faiz azalıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Təhsil  





Xəbər lenti