131 obyektdə epidemiya əleyhinə rejim pozulub

131 obyektdə epidemiya əleyhinə rejim pozulub
  08 Sentyabr 2020    Oxunub:3515
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində monitorinqləri davam edir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət məqsədilə sentyabrın 7-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda “Pantera ayaqqabı mağazası”nda, “Xaçapuri garden” restoranında, Orxan Xıdırova, Eltac Cabbarova, Vüqar Qulubəyliyə, Tural Mustafayevə, Şamxal Həsənliyə məxsus pərakəndə ticarət obyektlərində, Abdurrahman Keskinə məxsus “Nirvana kafe”də, Xəzər rayonunda “Bağ restoranı”nda, Taleh Bəkirova, Aygün İsmayılovaya, Şükür Məmmədova, Rəsmiyyə Sərdarovaya, Təhmasib Məmmədova məxsus mağazalarda, Qaradağ rayonunda “Məhəllə market”də, “Sürücü kafe”də, Elşad Əhmədova, Nicat Əliyevə, Rüfət Səfərova məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda "Kababçı kafe”də, “Dənizçi restoran”da, “Qoca çinar kafesi”ndə, “Bəyaz dent” stomatoloji klinikada, Sabunçu rayonunda “Unvermaq ucuzluq”da, “Ekanom mağaza”da, “Bakı kafesi”ndə, “Alanya dönər və lahmacun evi”ndə, Cəmalə Süleymanovaya məxsus geyim və bijuteriya mağazasında, Suraxanı rayonunda “Araz market”də, Rahil Mehdiyevə və Faiq Mansırova məxsus mağazalarda, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Nəsimi rayonunda “Al market”də, “Məntiq kitab evi”ndə, “Hərbi geyim mağazası”nda, “Soon light” pərakəndə ticarət obyektində, Aftandil Cəfərova məxsus mağazada, Binəqədi rayonunda “Fox optika” mağazasında, “Canım lahmacun kafe”də, “Econom univermaq”da, “Qədim Qəbələ restoranı”nda, “Planet kafe”də, Səbail rayonunda “Avto market mağaza”da, “N1 market”də, “Mərkəz lahmacun restoran”da, “Eyvan restoran”da, Nərimanov rayonunda “Tavan mağazası”nda, “Selfie place kafe”də, “Karvansaray kafesi”ndə, Yasamal rayonunda “S-Lady mağaza”da, “Nur şirniyyat evi”ndə, “Caspian market”də, “Cake&Bake şirniyyat evi”ndə, “Şuşa kafesi”ndə, Sumqayıt şəhərində Elman Sadatova, Həbibə Səfərovaya, Mayis Kərimova, Ələsgər Şahmurova, İradə İlyasovaya, Rahib Teymurova, Ağəmir İbrahimova məxsus mağazalarda, Abşeron rayonunda “Moda butik” mağazasında, Yaqub Balacayevə, Elgün Babayevə, Əziz İbrahimova iaşə obyektlərində, ümumilikdə 131 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Nazirlik   Yoxlama   Karantin  





Xəbər lenti