Millimiz Kiprə qalib gəldi - YENİLƏNİB

Millimiz Kiprə qalib gəldi -  YENİLƏNİB
  09 Sentyabr 2020    Oxunub:14285
UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Kipr-Azərbaycan oyunu keçirilib.
Azvision.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda baş tutan matçı slovakiyalı hakimlər briqadası idarə edib.

Görüş Azərbaycan millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 29-cu dəqiqədə komandamızın kapitanı Maksim Medvedev vurub.

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Filip Qlova olub. Ona Peter Bednar və Frantişek Ferenç kömək ediblər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirib.

***

Kipr - Azərbaycan oyununda ikinci hissə start götürüb.

Bu gün UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan oyununun start heyətləri açıqlanıb.

Azvision.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

Azərbaycan millisi

1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 22. Rəhim Sadıxov, 11. Ramil Şeydayev

Kipr millisi

12. Kyriakidis, 2. Karo, 5. Sielis, 6. Char Kyriakou, 9. Christofi (k), 10. Sotiriou, 13. Kousoulos, 19. Laifis, 20. Kastanos, 21. Tzioni, 23. Pittas

Azvision.az


Teqlər: Kipr   Milli  





Xəbər lenti