Məzunlar məktəb proqramının 45–68%-ni mənimsəmirlər
Bildirilib ki, bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.
Məlumatda qeyd edilib ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 52.30, riyaziyyatdan 36.03, ingilis dilindən 38.17%-nə, II mərhələdə ana dilindən 54.26, ədəbiyyatdan 50.80, riyaziyyatdan 33.35, fizikadan 32.01, kimyadan 35.20, biologiyadan 55.33, tarixdən 43.28, coğrafiyadan 47.16%-inə düzgün cavab verib.
Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 48.93, riyaziyyatdan 36.08, ingilis dilindən 54.48%-nə, II mərhələdə ana dilindən 54.70, ədəbiyyatdan 46.34, riyaziyyatdan 34.35, fizikadan 32.41, kimyadan 36.32, biologiyadan 48.70, tarixdən 34.91, coğrafiyadan 42.94%-inə düzgün cavablandırıb. Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 32-55 faizinə düzgün cavab verib.
Aytən Zəhra
Azvision.az