Abituriyentlərin 11 faizi 500-dən çox bal toplayıb

Abituriyentlərin 11 faizi 500-dən çox bal toplayıb
  10 Sentyabr 2020    Oxunub:4154
2019-cu ildə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 11.08 faizini təşkil edib.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yüksək bal toplayanlar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var: "Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7379 abituriyent 500-dən, o cümlədən 1935 abituriyent 600-dən yuxarı bal toplayıb. 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 28.54%-i (554 nəfəri) I qrupun, 20.81%-i (404 nəfəri) II qrupun, 31.17%-i (605 nəfəri) III qrupun, 19.47%-i (378 nəfəri) IV qrupun abituriyentləridir.

Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qax və Şahbuz rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 14–18-i imtahanlarda 500-dən yuxarı bal toplayıb".

Məlumatda qeyd edilib ki, ötən il ölkənin 3178 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 25.39%-nin təmsilçiləridir. Sayı 807 olan məktəblərin 87-si (10.78%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 30.39%-i onların məzunlarıdır. Rayon məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Masallının Şərəfə kənd, Şəki rayonunun Baş Zəyzid kənd və Balakənin Qaravəlli kənd orta məktəblərini göstərmək olar.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Abituriyent  





Xəbər lenti