Tahir Mirkişilinin sədri olduğu komitə hansı işləri görüb?

Tahir Mirkişilinin sədri olduğu komitə hansı işləri görüb?
  10 Sentyabr 2020    Oxunub:3347
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2020-ci ilin yaz və növbədənkənar yaz sessiyaları dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirib.
Bu barədə Azvision.az -a komitə sədri Tahir Mirkişili məlumat verib.

Onun sözlərinə görə, qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilib, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılıb:

"Ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, komitə üzvləri seçicilərlə onlayn qəbullar keçiriblər. Hesabat dövründə komitənin 26 iclası keçirilib, bu iclaslarda 96 məsələ, o cümlədən 94 qanun layihəsi və 1 rəy geniş müzakirə edilib. Ölkədə aparılan iqtisadi islahatların hüquqi əsaslarının möhkəmləndirilməsi və təkmilləşmələrin aparılması istiqamətində qanunvericilk fəaliyyətinin göstərilməsi komitənin əsas məqsədi olub. Eyni zamanda COVİD-19 pandemiya dövrü şəraitində iqtisadi və sosial dəstəyin sürətliliyinin və əhatəliliyinin təmin olunması üçün dövlət başçısı tərəfindən daxil olan qanunverici təşəbbüslərin reallaşması həyata keçirilib. Bu dövr ərinzdə Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat, 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi komitədə geniş müzakirə olunub. Keçirilən iclaslardan 14-ü videokonfrans vasitəsi ilə onlayn keçirliib. Komitənin iclaslarında hökumət nümayəndələrindən əlavə QHT və ictimai təşkilatlar da iştirak edib, rəy və təkliflərini veriblər. Maraqlı tərəflətin qanun layihələrini iştirakı təmin olunub. Bu dövr ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili seciçilərlə bir neçə videoqəbullar keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb".

T.Mirkişili qeyd edib ki, hesabat dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində işçi qruplar yaradılıb və bu qrupların iclasları keçirilib.

"Yaz sessiyada komitəyə 24 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, onlardan 15-i tədbir görülməsi üçün müvafiq təşkilalatlara göndərilib, 8 ərizə işə alınıb. Komitəyə daxil olan ərizələrin iqtisadi və sosial problemlər (özəlləşdirmə, sahibkarlıq, vergi) ilə bağlıdır, digər məktub və ərizələr isə qanunlara dair təkliflərlə əlaqədardır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Komitə  





Xəbər lenti