Mübariz Mənsimovun işçilərinə cinayət işi açıldı

Mübariz Mənsimovun işçilərinə cinayət işi açıldı
  27 Yanvar 2014    Oxunub:1183
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Pal Süd Dağıtım” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Bildirilib ki, “Pal Süd Dağıtım” MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, “Pal Süd Dağıtım” MMC iş adamı Mübariz Mənsimova məxsus Palmali Şirkətlər Qrupuna daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti