Slovakiya - Azərbaycan oyununun vaxtı bilindi

Slovakiya - Azərbaycan oyununun vaxtı bilindi
  10 Sentyabr 2020    Oxunub:4061
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Azvision.az xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.

Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya eyni xalla 5-cidir.

Azvision.az


Teqlər: AFFA   Milli  





Xəbər lenti