“Bank sisteminin vəziyyəti yaxşı deyil” - Deputat

“Bank sisteminin vəziyyəti yaxşı deyil” -  Deputat
  10 Sentyabr 2020    Oxunub:3019
“Azərbaycanda bank sisteminin vəziyyəti yaxşı deyil. İnsanlar hələ də kreditlə bağlı şikayətlər ünvanlayırlar. Təklif edirəm ki, Milli Məclisdə bank sisteminin vəziyyəti barədə dinləmələr keçirilsin”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, əhalinin kreditə çıxış imkanlarında problemlər qalır.

Bundan əlavə, V.Əhmədov Rəqabət Məcəlləsinin qəbul olunmasının vacibliyini vurğulayıb: "Rəqabət Məcəlləsinin qəbulu Azərbaycan iqtisadiyyatında rəqabəti stimullaşdırar və monopoliyanı aradan qaldıra bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Vahid-Əhmədov  





Xəbər lenti