“BirKart”la dərs ilinə hazırlaşın və noutbuk qazanın

“BirKart”la dərs ilinə hazırlaşın və noutbuk qazanın
  10 Sentyabr 2020    Oxunub:3035
“Kapital Bank” “BirKart” sahibləri üçün ənənəvi “Məktəbə qayıdış” kampaniyasına başlayır.
Şərtlərə görə, “BirKart” kredit kart sahibləri bir sıra partnyor mağazalarında (dəftərxana, kitab, məktəb və ofis ləvazimatları, saat, geyim, ayaqqabı, parfümeriya və kosmetika) taksitli alış-veriş edərkən noutbuk qazanmaq şansı əldə edəcəklər. Oktyabrın 8-dək keçirilən aksiya zamanı hər həftə ən çox məbləğdə taksit əməliyyatları edən 10 “BirKart” sahibi qalib olacaq. Qaliblər müəyyən olunarkən həftə ərzində icra edilən taksit əməliyyatlarının cəmi nəzərə alınacaq.

Qaliblər qeyd olunan aralıqlar üzrə müəyyən olunacaq: 10 sentyabr – 17 sentyabr, 18 sentyabr – 24 sentyabr, 25 sentyabr – 1 oktyabr və 2 – 8 oktyabr. Kampaniya çərçivəsində ümumilikdə 40 noutbuk sahiblinə çatacaq. Qalib gəlmiş bir müştəri ikinci dəfə qalib ola bilməz.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və “Umico”. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar.

Azvision.az



Teqlər: Kapital-Bank  





Xəbər lenti