Yeni dərs ili üçün cədvəl nümunələri açıqlandı
- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə
- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.
Məlumatda bildirilir ki, bu nümunədən istifadə etməklə məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlamaq mümkündür. Nəzərə almaq lazımdır ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.
Dərs cədvəlinin həm də teledərslərin cədvəlinə uyğunlaşdırmaq tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş” televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır.
Azvision.az